🌊 Ən Çox Verilən Suallar

Hovuzun suyunu necə təmiz və şəffaf saxlamaq olar?

Hovuz suyunun uzun müddət təmiz qalması üçün hovuz örtüklərindən istifadə etməyi və suyun PH balansını tənzimləyən xüsusi təmizləyici həblərdən (məsələn, xlor və ya aktiv oksigen) yararlanmağı tövsiyə edirik. Həmçinin, kiçik filter nasosları suyun dövranını təmin edərək kirlənmənin qarşısını alır.

Məhsul deşildikdə və ya zədələndikdə nə etməliyəm?

Bütün premium şişmə məhsullarımızın paketinə xüsusi təmir dəsti (repair patch) daxildir. Kiçik zədələri bu yamaqlarla saniyələr içində bərpa edə bilərsiniz. Məhsulun ömrünü uzatmaq üçün onu kəsici alətlərdən və çox isti səthlərdən uzaq tutmağınız tövsiyə olunur.

Hovuzu doldurmaq və boşaltmaq nə qədər vaxt aparır?

Elektrikli nasos vasitəsilə orta ölçülü hovuzun şişirdilməsi cəmi 5-10 dəqiqə çəkir. Suyun boşaldılması üçün isə alt hissədə yerləşən xüsusi boşaltma klapanından istifadə edə bilərsiniz, bu da prosesi olduqca sürətli və asan edir.

Bu hovuzlar günəş şüalarına qarşı davamlıdırmı?

Bəli, bizim təqdim etdiyimiz hovuzlar yüksək keyfiyyətli, UV şüalarına davamlı PVC materialdan hazırlanmışdır. Bu material günəş altında rəngin solmasının və materialın zəifləməsinin qarşısını alır.

Şişmə fiqurların havası gün ərzində niyə azalır?

Bu, çox hallarda deşilmə deyil, fiziki bir prosesdir. Gündüz günəş altında isinən hava genişlənir, axşam temperatur düşdükdə isə daxildəki hava sıxılır və məhsul bir az "sönmüş" kimi görünə bilər. Bu, tamamilə normaldır. Məhsulun formasını qorumaq üçün səhərlər az miqdarda hava əlavə etmək kifayətdir.

Şarları şişirdərkən nələrə diqqət etməliyəm?


Məhsulu maksimum həddə qədər şişirtməməyiniz tövsiyə olunur; səthi bir az elastik qalmalıdır. Tam gərgin şişirdilmiş məhsullar günəş altında isindikdə daxili təzyiq artır və tikiş yerlərindən zədələnə bilər. Uzunömürlü istifadə üçün məhsulu 90% həcmində şişirtmək və iti daşlardan uzaq tutmaq lazımdır.

Sifarişin ödənişini necə edə bilərəm?

  • Qapıda Nağd Ödəniş: Bakı şəhəri və ətraf ərazilər üzrə sifarişlərinizdə, məhsul qapınıza çatdırıldıqda ödənişi birbaşa kuryerə nağd şəkildə edə bilərsiniz.
  • Kartdan Karta (Köçürmə): Çatdırılma zamanı ödənişi nağdsız şəkildə etmək istəyirsinizsə, kuryerimizə kartdan karta köçürmə yolu ilə də ödəniş etmək mümkündür.

XƏŞBƏXT UŞAQLAR, XƏŞBƏXT VALİDEYNLƏR — HOVUZUM.AZ İLƏ BU YAY AİLƏNİZİN SEVİNCİNƏ SEVİNC QATİN!